AZ

Dmitri  Peskov: “Putin Orbanın sülh təklifini dəstəkləyir”

“Budapeştin hərbi əsirləri dəyişdirmək təşəbbüsünə gəlincə, bu,  Kiyev tərəfindən deyil, Moskva tərəfindən təsdiqlənməlidir”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. ” Vladimir Putin Viktor Orbanla danışdı, Putin Macarıstanın baş nazirinin sülh səylərini dəstəklədi, lakin bu səylər Ukrayna tərəfindən dəstəklənmir.” Orbanın təkliflərinin Donald Trampın komandası tərəfindən dəstəklənməsini  şərh edən Peskov qeyd edib ki, ABŞ-yə hələ də başqa prezident rəhbərlik edir: “Tramp komandası indi Ağ Evi idarə etmir. Baydenin komandası hələ yanvarın 20-dək Ağ Evdə olacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
17
konkret.az

1Mənbələr