AZ

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə başlayıb

Bakıda Ağır Cinayətlər Məhkəməsində yanğın nəticəsində Respublika Perinatal Mərkəzində 7 nəfərin ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Müttəhimlər kürsüsündə Respublika Perinatal Mərkəzinin direktoru Mehriban Abbasquliyeva, Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətinin rəhbəri Elnur Əhmədli oturub. 
 
Proses zamanı zərərçəkənlərdən  Elçin Nəcəfov və Vaqif Hacıyevin məhkəməyə müraciətləri oxunub. Onlar zərərçəkən statusundan imtina etmər ictəyiblər. .

Dövlət ittihamçısı Orxan Səmədov bu müraciətləri qanunsuz adlandırıb.

"İbtidai istintaq zamanı onlar zərərçəkmiş olduqlarını bəyan ediblər. İndi isə zərər çəkmədiklərini iddia etmək məntiqsizdir. Bu statusun ləğvi qanunsuz olacaq”,  - Səmədov deyib.

Mehriban Abbasquliyevanın vəkili Mustafayev isə cavabında bildirib ki, zərərçəkən statusunun məcburi tanınması düzgün deyil.

"Hüquqi şəxsin istəyi ilə zərərçəkmiş statusundan imtina edilə bilər. Əgər zərərçəkmiş statusundan imtina varsa, qanun buna imkan verir”, - vəkil bildirib.

Hakimlər müraciətləri təmin etməyib. Hakim qərarın istintaq bitmədən çıxarılmasının məqsədəuyğun olmadığını qeyd edib.

Yanğın görüntüləri məhkəməyə təqdim olunub.

Mehriban Abbasquliyeva yanğınla bağlı video və fotoşəkilləri məhkəməyə təqdim edib. Təqdim olunan materiallarda yanğının necə başladığı və personalın nə cür hərəkət etdiyi əks olunub. Digər vəkil bildirib ki, yanğının səbəbləri ilə bağlı suallar hələ də tam araşdırılmayıb.

Məhkəmədə ittihamnamə oxunub. 

İttihama görə, Mehriban Abbasquliyeva rəhbərlik etdiyi müəssisədə lazımsız şəkildə xəstələrin sayını artırıb ki, bu da elektrik şəbəkəsinin həddən artıq yüklənməsinə səbəb olub. Yanğın baş verən gün 9 yenidoğulmuşun olduğu palatada avadanlıqlar qadağan edilmiş elektrik kabelinə qoşulub və bu, yanğına səbəb olub. Nəticədə, 7 yenidoğulmuş alov və tüstüdən boğularaq dünyasını dəyişib, 4 tibb işçisi yüngül xəsarət alıb.

Yanğın nəticəsində 177 min manat dəyərində tibbi avadanlıq yararsız vəziyyətə düşüb.

"Mən özümü günahkar hesab etmirəm”,  - Abbasquliyeva ittihamları tamamilə rədd edərək bunları uydurma adlandırıb.

Digər təqsirləndirilənlər də günahsız olduqlarını bildiriblər. 

Məhkəmə prosesi yanvarın 13də  davam edəcək.
 
N.Təbrizli





































www.anews.az
Seçilən
22
anews.az

1Mənbələr