AZ

"Prezident Kuboku"na start verildi

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən ənənəvi olaraq təşkil edilən çövkən üzrə XI Prezident Kuboku start götürüb.

Fanat.Az xəbər verir ki, turnirdə iştirak edən 8 komanda iki qrupda mübarizə aparır.

Binə Atçılıq Mərkəzinin qapalı meydanında keçirilən yarışın qrup mərhələsinin oyunları bu gün, həmçinin 18 və 20 dekabrda baş tutacaq.

Qeyd edək ki, Prezident Kubokunun yarımfinalı dekabrın 23-də, üçüncülük uğrunda və final görüşü isə ayın 24-də gerçəkləşəcək.

phrase_var_article.chosen
44
5
fanat.az

6phrase_var_article.sources