AZ

Tanınmış həkim: Tibbi xidmətlər zərfinə bu müayinələr də daxil edilsə yaxşı olar

Ölkəmizdə müasir, vətənpərvər gəncliyin inkişafı üçün innovativ, müasir təhsilə çıxışın artırılması, peşə təhsili və peşə hazırlığı ilə bağlı proqramların genişləndirilməsi, rəqəmsal biliklərin öyrədilməsi, rəqabətqabiliyyətli kadrların hazırlanması istiqamətində büdcədən zəruri dövlət dəstəyi göstəriləcək.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
Baş nazir qeyd edib ki, səhiyyə sahəsində aparılan davamlı islahatların nəticəsində cari ildə Tibbi Xidmətlər Zərfi çərçivəsində göstərilmiş xidmətlərin sayında 21% artım olub:
“Maliyyə təminatı nəzərə alınaraq xidmətlər zərfinin genişləndirilməsi daim Hökumətin diqqətindədir. Sağlamlıqla bağlı hamımızı narahat edən və deputatlar tərəfindən qaldırılan bəzi məsələlərin zərfə daxil edilməsi hazırda Hökumətin gündəliyindədir”.

Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, tibbi xidmətlər zərfi check-up müayinə deməkdir: 

“Check-up müayinədən ildə bir dəfə hər kəs keçməlidir. Ora daxili orqanların ultrasəs müayinəsi, qanın, sidiyin, qanda şəkər və xolesterinin analizi daxildir. Bura yrəyin müayinəsi də daxil edilsə yaxşı olar. Yəni bu hər bir insana aid olan göstəricilərdir. Bu müayinələrdən keçdikdə isə xəstəliklər aşkarlanır və vaxtinda müalicə aparmaq olur. Digər tərəfdən tibbi xidmətlər zərfinə Hepatit B və Hepatit C daxil olmalıdır. Çünki bu ən çox qorxduğumuz xəstəliklərdən sayılır. Ümumiyyətlə tibbi xidmətlər zərfinin mənası xəstəliyin vaxtında aşkarlanmasıdır. Bəzən pasiyent yoxlanış üçün gəldikdə artıq xəstəlik irəliləmiş olur. O zaman da artıq həkim də çarəsiz qalır. Bu baxımdan insanlar ildə bir dəfə check-up müayinədən keçsə, xəstəliklərin vaxtında qarşısı alınar”.
Seçilən
32
sherg.az

1Mənbələr