AZ

Messi “Qalatasaray”a keçir? - Bakı səfərində gizli danışıqlar üzə çıxdı

“Qalatasaray” komandası UEFA Avropa Liqası matçı üçün İsveçə yollanmağa hazırlaşarkən klubun meneceri və iki əməkdaşı Azərbaycanda səfərdə olub. Klub işçiləri Bakıda növbəti mövsüm üçün turnirin sponsorluğu ilə bağlı SOCAR rəhbərliyi ilə görüş keçirib. Razılıq, eyni zamanda sponsorluğun genişləndirilməsi və məbləğin artırılması ilə bağlı konsensus əldə olunub.

Maraqlıdır ki, həmin dövrdə Lionel Messi də Bakıda idi. Dünyaca məşhur ulduzu Bakıya gətirən şəxs SOCAR-ın “Qalatasaray” formasının sponsoru olması təşəbbüsü ilə çıxış edən iş adamı Adnan Əhmədzadə olub.

Türkiyənin Fotospor saytı Lionel Messinin Bakıda “Qalatasaray”ın meneceri ilə görüşdüyünü iddi edir.

Nəşr qeyd edir ki, Adnan Əhmədzadənin Bakıda Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba üçün təşkil etdiyi nahar yeməyində “Qalatasaray”in meneceri də olub. Messini Azərbaycana gətirən ABDA holdinqinin prezidenti Adnan Əhmədzadə futbolçunu “Qalatasaray”ın təmsilçisi ilə tanış edib.

Bundan sonra, menecer bir müddət Messi ilə danışıq aparıb.

“Qalatasaray”ın meneceri Əhmədzadəyə təşəkkür edib: 

“Bakı sizin sayənizdə Messini gördü. Ümid edirik, “Qalatasaray”da da Messini görəcəyik”. 

Qeyd edək ki, Messi və komanda yoldaşları dekabrın 11-də argentinalının film təqdimatında iştirak etmək üçün Bakıya səfər etmişdilər. 

 

Seçilən
46
buta.media

1Mənbələr