AZ

İran parlamentinin sabiq deputatı: "Hicab taxmamağa görə cəzaların tətbiqi dini baxımdan əsassızdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Məcburi hicab qanunu ölkədə faciəyə səbəb ola bilər".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran parlamentinin sabiq üzvü, islahatçı siyasətçi Morteza Əlviri bəyan edib.
O, "İffət və hicab haqqında" qanunu qeyri-insani, qeyri-əxlaqi adlandıraraq tənqid edib.
Morteza Əlviri vurğulayıb ki, bu qanun hətta dini avtoritetlərin fikirlərinə də ziddir, çünki yaşlı qadınlar və dini azlıqlar hicab geyinməyə məcbur deyillər.
"Hicab taxmamağa görə böyük maliyyə cərimələri və həbs cəzasının tətbiqi də dini baxımdan əsassızdır", - deyə o vurğulayıb.
Seçilən
45
50
oxu.az

10Mənbələr