AZ

ŞOK! 1 ay içində 37 nəfər saxta içkidən ÖLDÜ

Noyabrın 1-dən İstanbulda 73 nəfər saxta spirtli içkidən zəhərlənmək şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, onlardan 37-nin həyatını itirdiyi, 17 nəfərin müalicəsinin davam etdiyi, 19 nəfərin isə evə buraxıldığı bildirilir.

Saxta spirtli içkinin səbəb olduğu ölümlərdən sonra polis qruplarının yoxlamaları aramsız davam edir. Bu içkilərin satışı ilə məşğul olan şəxslərin tutulması istiqamətində aparılan əməliyyatlar nəticəsində 36 şübhəli barəsində tədbir görülüb.

Şübhəlilərdən 14-ü həbs edilib, 8-nə məhkəmə nəzarəti müddəaları tətbiq edilib, 14-ü isə sərbəst buraxılıb.

Qeyd edək ki, 2024-cü ildə İstanbul Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları 1002 iş yerində yoxlama aparıb.

Yoxlamalarda 287 min 758 litr alkoqollu maye, 14 min 701 tam spirtli içki şüşəsi, spirtli içkilərin istehsalında istifadə edilən 853 min 460 etiket, qeyri-qanuni və ya saxta spirtli içkilərin istehsalında və satışında istifadə edilən bir çox məhsul ələ keçirilib. 32 müəssisəyə ümumilikdə 2 milyon 662 min 52 TL inzibati pul cəzası kəsilib.

Musavat.com 

phrase_var_article.chosen
29
2
musavat.com

6phrase_var_article.sources