Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” oyununun təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Sözügedən matç dekabrın 19-da keçiriləcək. Oyunu Rəşad Əhmədov idarə edəcək.
Azərbaycan Premyer Liqası
3-cü turdan təxirə salınmış oyun
19 dekabr
“Şamaxı” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu, 14:00.