Qanlı Baas rejimindən azad edilən Suriyada yenidənqurma prosesinin başlayacağı gözlənilir.
Rejim və terror təşkilatlarının törətdiyi zorakılıq və hücumlar nəticəsində böyük ziyanın olduğu Suriyada strukturların çoxu dağıdılarkən, yüzlərlə mülki vətəndaş çətin şəraitdə həyatını davam etdirmək məcburiyyətində qalıb.
İngiltərə hökuməti Suriyanın yenidən qurulması prosesinə və mülki şəxslərə kömək məqsədilə yeni qərarın alındığını açıqlayıb.
İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Suriya və Yaxın Şərqdə uzunmüddətli təhlükəsizlik quruculuğuna dəstək məqsədilə Suriya xalqına 50 milyon funt sterlinq humanitar yardım dəstəyi veriləcəyi bildirilib.