AZ

Yaxşı dayəni necə seçməli? — Analara tövsiyə

Uşaqların tərbiyə edilməsində, onların böyüdülməsində dayələrin köməyindən hər zaman istifadə olunub. Yaxşı dayə seçmək özü də çox vaxt çətin proses olub. Günümüzdə bəzi analar körpəsini erkən yaşdan dayəyə əmanət etməli, özləri isə işə başlamalı olurlar. Yaxşı dayə tapmaq hər bir ananın arzusudur. 

Psixoloq Fərqanə Mehmanqızı Demokrat.az-a açıqlamasında dayə seçimində diqqət edilməli bəzi məqamlardan danışıb. Mütəxəssis həm də onu vurğalayıb ki, 3 yaşa qədərki körpələrin hər kəsdən çox analarına ehtiyacı var: 



“Mümkündürsə, 3 yaşına kimi uşağa öz anası baxmalıdır. Təbii ki, dayə kömək edə bilər, amma, əsasən, ana baxmalıdır uşağa 3 yaşına kimi. Çünki bu, elə bir dövrdür ki, ana və körpə arasında emosional bağ var. Ayrılıq zamanla elə olmalıdır ki, bu bağ zədələnməsin, uşaqda travma, güvənsizlik, sevgisizlik yaratmasın. 

Əgər maddi cəhətdən bir sıxıntı varsa, övlad dünyaya gətirməyi ertələmək lazımdır. Maddi rifahı yaxşılaşdırıb, valideyn olmağı planlamaq, özünü hazır hiss edəndən sonra ana və ata olmaq lazımdır. Amma yox, artıq körpə dünyaya gəlibsə, uşaqla daha çox vaxt keçirmək lazımdır. Dayəni xüsusi dayə xidməti göstərən şirkətlərdən seçmək olar. Yaxşı olardı ki, uşaq ümumi bağçalara qoyulsun, bu, dayədən də yaxşıdır. Çünki uşağın sosiallaşmasına çox kömək edir. Bağça dayə xidmətindən daha güvənlidir. Bağçada tərbiyəçi müəllimlər bir neçə uşaqla məşğul olur, bu da onların sosiallaşmasına mühit yaradır. Dayənin köməyindən istifadə ediləcəksə, peşəkar, işini bilən, təcrübəli şəxs seçilməlidir. Yaxşı olardı ki, dayə loqoped, psixoloq, pediatr kurslarından keçmiş olsun, bu sahələrdə müəyyən biliyi olsun. Evə kamera qoymaq lazımdır ki, nəzarət etmək mümkün olsun”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
17
3
demokrat.az

4Mənbələr