AZ

Müqəddəs Taxt-Tacın arxiyepiskopu Bakıda tikiləcək kilsəyə görə Azərbaycana təşəkkür etdi

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, bu gün xarici işlər naziri CeyhunBayramov ölkəmizə səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın xariciişlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager iləgörüşüb.

Trend XİN-inyaydığı məlumata istinadən xəbər verir ki, arxiyepiskop Pol RiçardQallager II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinintəqdis edilməsinə görə böyük məmnunluq duyduğunu diqqətəçatdıraraq, kilsənin tikintisində yaradılan şəraitə görəminnətdarlığını bildirib.

Qeyd edək ki, Müqəddəs Taxt-Tacın Dövlətlər və BeynəlxalqTəşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul RiçardQallagerin səfəri çərçivəsində dekabrın 14-də AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən,Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətininsifarişi ilə Müqəddəs II İoann Pavelin şərəfinə tikiləcək katolikkilsəsinin yerləşəcəyi ərazinin arxiyepiskop Paul Riçard Qallagertərəfindən təqdisetmə mərasimi keçirilib.

Arxiyepiskop Paul Riçard Qallager kilsənin layihəsi ilə tanışolub.

Xatırladaq ki, kilsənin tikintisi məqsədilə Bakı Şəhər İcraHakimiyyəti tərəfindən paytaxtın Yasamal rayonu, Abbas MirzəŞərifzadə küçəsi, giriş 722 ünvanında yerləşən 0,17 hektar torpaqsahəsinin Azərbaycan Respublikasındakı Katolik Kilsəsininistifadəsinə verilməsi haqqında 2024-cü il 1 may tarixli Sərəncamqəbul edilib.

Seçilən
19
6
az.trend.az

7Mənbələr