AZ

Bred Pittdən Ancelina Coli ilə çəkilmək təklifinə REAKSİYA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hollivud ulduzu Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Coli ilə birgə layihədə çəkilmək üçün milyonlarla dollarlıq təklifi qəbul etməyəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" öz mənbələrinə istinadla məlumat verib.
Bildirilir ki, aktyor bu təklif barədə heç düşünməyib, özü də heç bir məbləğ qarşılığında buna razı olmaz.
"Dünyadakı bütün pullar Bredi bir daha Ancelina ilə film çəkməyə məcbur edə bilməz. Bu, şübhəsiz ki, ictimai marağa səbəb olardı, amma bu onun bir dəqiqə belə düşünəcəyi bir şey deyil. Hazırda onlar qatı düşməndirlər, buna görə də Bred özünü alçaldaraq Enci ilə ekranda danışa bilməz. Coli ona çox mənəvi ağrı yaşadıb. Bred, hətta yaxın dairəsinin onun haqqında danışmasını istəmir", - deyə mənbə bildirib.
Daha əvvəl mediada prodüser Denni Rossnerin keçmiş həyat yoldaşlarını yeni filmində sevgili rollarında oynamağa dəvət etmək istədiyi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Bred Pitt və Ancelina Coli 2016-cı ildə boşanma ərizəsi verib, rəsmi olaraq isə 2019-cu ildə boşanıblar. Hazırda onlar əmlak bölgüsünü davam etdirirlər. Onların altı uşağı var (üçü övladlığa götürülüb).
phrase_var_article.chosen
56
50
oxu.az

10phrase_var_article.sources