Türkiyədə məmurun azyaşlı uşaqla dialoqu müzakirələrə səbəb olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın Keçiören rayonunda yaşayan uşaq atasının işlə təmin olunması üçün Cumhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan bələdiyyə sədri Mesut Özarslana müraciət edib.
Belə ki, o, sədrə “Atamı polis təyin edə bilərsən?” sualını verib, Özarslandan gözlənilməz cavab alıb: “Atan rüşvət alarmı və ya oğurluq edərmi?”
Uşaq isə bu suallar qarşısında aciz qalıb.
M. Özarslan davranışına görə sosial şəbəkələrdə sərt tənqid edilib.
Həmin görüntüləri təqdim edirik:
“Cebheinfo.az”