AZ

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 37-yə yüksəlib

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 37-yə yüksəlib

İstanbul valiliyi noyabrın 1-dən saxta spirtdən zəhərlənənlərdən 37-nin öldüyünü, nəzarətə alınan 36 şübhəlidən 14-nün həbs olunduğunu açıqlayıb.Valilikdən verilən açıqlamada İstanbul Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları tərəfindən 2024-cü ildə 1002 iş yerinin yoxlanıldığı bildirilib.Açıqlamada 287 min 758 litr spirtli maye, 14 min 701 dolu içki şüşəsi, spirt istehsalında istifadə edilən 853 min 460 etiket, o cümlədən istehsal və satışda istifadə edilən bir çox yan məhsul olduğu ifadə edilib. Saxta spirtli içkilərin ələ keçirildiyi 32 müəssisəyə ümumilikdə 2 milyon 662 min 52 lirənin inzibati cəza kəsildiyi qeyd edilib.Açıqlamada spirtli içkilərdən zəhərlənmə ilə bağlı hadisələrdə saxta spirt təmin edən 36 şübhəlinin saxlanıldığı, bu şübhəlilərdən 14-nün həbs edildiyi, sərbəst buraxılan digər şübhəlilərdən 8-nə isə məhkəmə nəzarəti müddəalarının tətbiq edildiyi bildirilib.Açıqlamada noyabrın 1-dən saxta spirtli içkidən sonra zəhərlənənlərdən 37-nin öldüyü, 17-nin müalicəsinin davam etdiyi, 23 nəfərin isə evə buraxıldığı bildirilib.Mənbə: AA

Seçilən
13
afn.az

1Mənbələr