2024-cü ilin ilk 11 ayında Çinin dövlət büdcəsinin gəlirləri 0,6 faiz azalıb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu, Çinin Maliyyə Nazirliyinin yaydığı məlumatda yer alıb.
Nazirliyin məlumatına görə, hesabat dövründə mərkəzi büdcənin gəlirləri 2,5 faiz azalaraq təxminən 8,94 trilyon yuan (təxminən 1,24 trilyon ABŞ dolları) təşkil edib. Yerli büdcə gəlirləri isə illik müqayisədə 1,1 faiz artaraq 10,96 trilyon yuan olub.
Çinin müntəzəm dövlət büdcəsi xərcləri hesabat dövründə 2,8 faiz artıb.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında göstəricidə azalma tempi 1,3 faiz olub.
Gülşən Şərif