"Suraxanı rayonunun Əmircan qəsəbəsidə İlham Şükürov küçəsi 4 ünvanında yerləşən ləğv edilmiş sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin bazasında Elm və Təhsil Nazirliyi tərəfindən oğlan uşaqları üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsi yaradılıb".
Bunu "Yeni Azərbaycan"a açıqlamasında Elm və Təhsil Nazirliyinin İctimiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin böyük məsləhətçisi Yeganə Ramazanova deyib. Onun sözlərinə görə, müəssisəyə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların qərarına əsasən, 8 yaşından 18 yaşına qədər çətin tərbiyə olunan uşaqlar qəbul edilir: "Yeni yaradılan müəssədə yetkinlik yaşına çatmayan şagirdlərin ibtidai, ümumi, orta və tam orta təhsil səviyyələri üzrə təhsilinin, həmçinin onların davranışlarının korreksiyasının və cəmiyyətə uyğunlaşmasının, o cümlədən onların tibbi, pedoqoji reabiltasiyasının habelə, psixoloji reabiltasiyasının və psixoliji korreksiyasının həyata keçirilməsi nəzərdə tutulur. Ümumilikdə oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssənin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 299 nömrəli qərarı ilə təsdiq edilmiş, dövlət tərəfindən yaradılan açıq və qapalı tipli xüsusi təlim və tərbiyə müəssəsinin nümunəvi nizamnaməsinə əsasən tənzimlənəcək".
Havar Şəfiyeva