"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan derbidə "Mançester Siti" üzərində qazandıqları səfər qələbəsini şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızı şeytanlar"ın rəsmi saytı belə çatdırıb:
"Bizim hamımız üçün bu, yalnız 3 xal deməkdir. Hələ çox iş görməliyik. Amma qələbənin azarkeşlərimiz üçün önəmi böyükdür. Onlar bilirlər ki, komandamız belə oyunlarda qalib gəlməlidir. Qısası, tərəfdarlarımızın niyə bu qədər şad olduğunu bilirəm".
Görüş MY-nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Şəhərlilər"in qolunu 36-cı dəqiqədə Qvardiol vurubsa, qonaqların heyətində Fernandeş (88-ci dəqiqə) və Diallo (90-cı dəqiqə) fərqləniblər.
16 tura 27 xal toplayan "Siti" İPL-in turnir cədvəlində 5-ci pillədə mövqe tutubsa, 22 xala malik "Yunayted" 13-cü sıradadır.
Nihat