AZ

Moskva Tbilisi ilə münasibətləri normallaşdırmağa hazırdır

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva qarşılıqlı maraqları nəzərə alaraq Tbilisi ilə münasibətləri normallaşdırmağa hazırdır.

“Biz rəsmi Tbilisinin Gürcüstanla münasibətləri normallaşdırmağa hazır olduğu qədər getməyə hazırıq…”, – Qaluzin deyib. Rusiya Federasiyası xarici işlər nazirinin müavini xatırladıb ki, iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsi Mixail Saakaşvilinin hökumətinin təşəbbüsü ilə baş verib.

Rusiya və Gürcüstan arasında münasibətlər məsələsinə gəlincə, Moskva hər iki tərəfin maraqlarını nəzərə alaraq, onların praqmatik və qarşılıqlı faydalı inkişafına sadiqdir, -nazir müavini vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr