Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı psixonevroloji sosial xidmət müəssisəsinin bir qrup benefisiarı üçün ekskursiya təşkil olunub.
Benefisiarlar Mirzə Ələkbər Sabirin Şamaxı şəhərində yerləşən ev-muzeyində olublar. Muzeyin tarixi və orada olan maraqlı eksponatlar barədə geniş məlumat alıblar. Daha sonra sakinlər Şəhidlər Xiyabanını ziyarət ediblər, şəhidlərin məzarlarının üzərinə çiçəklər qoyublar.
Ekskursiyanın məqsədi müəssisə sakinlərinin sosial adaptasiyasına dəstək vermək olub.
Qeyd edək ki, 2 saylı psixonevroloji sosial xidmət müəssisəsində hazırda 111 nəfərə müvafiq xidmətlər göstərilir. Sakinlər ilkin tibbi-sosial yardım, reabilitasiya xidmətləri, psixoloji və psixatrik yardımla yanaşı keyfiyyətli ərzaq məhsulları, təmiz geyim və yataq dəstləri ilə təmin olunurlar.