AZ

Azərbaycana yeni təcili tibbi yardım maşınları gətiriləcək – 13,7 milyon manat ayrıldı

Bakı. Trend:

Azərbaycana yeni təcili tibbi yardım maşınları gətiriləcək.

Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.

Qeyd olunub ki, ölkəyə gətiriləcək 30 ədəd təcili tibbi yardımnəqliyyat vasitələri şərtlər toplusuna uyğun olaraq müasir tibbiavadanlıqla təchiz olunmalıdır. Onlardan 10 ədədi müasir tibbiavadanlıqla təchiz olunması ilə yanaşı, ürək masaj cihazına damalik olmalıdır.

Bundan başqa, sözügedən nəqliyyat vasitələrindən 5 ədədi xüsusiyolsuzluq ərazi üçün (4x4), 2 ədədi qutu tipli (boks tiplireanimobil), “Medical Dron”lu, daha 2 ədədi portativ diaqnostikcihazlarla təchiz olunmuş, 3 ədədi isə perinatal küvəzlə təchizolunmalıdır.

Məlumata görə, artıq bununla bağlı Naxçıvan Muxtar RespublikasıTəcili Tibbi Yardım Xidməti Publik Hüquqi Şəxsi hazırlıq işləriniyekunlaşdırıb.

Xidmət sözügedən işlərinn icrasını “Abşeron Avtomobil Mərkəzi”Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri13.789.620,03 AZN (13 milyon 789 min 620 manat 3 qəpik) olanmüqavilə bağlayıb.

Qeyd edək ki, “Abşeron Avtomobil Mərkəzi” Məhdud MəsuliyyətliCəmiyyəti 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnaməkapitalı 90.09 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov KamranNazim oğludur.

Seçilən
9
9
az.trend.az

10Mənbələr