AZ

Yeməyindən 100 dollarlıq mirvariçıxdı

ABŞ-də Şimali Karolina sakini nahar üçün restoranda sifariş verdiyi istiridyənin içərisində mirvari tapıb. 

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Qadın qızı ilə dəniz məhsulları restoranına gedib. “İstiridyə sifariş etdik, yemək yeyirdim və birdən dedim: “Ah, dişim çıxdı””, - deyə qadın xatirələrini bölüşüb.

Lakin onun dəniz məhsulu yeməyindən nəhəng ağ mirvarinin çıxdığı məlum olub. Restoran qeyd edib ki, belə bir tapıntının olma ehtimalı təxminən on mində birdir.

Pearl-lang.com saytına görə, belə bir mirvari ən azı 100 dollara satıla bilər.

Sevinc İBRAHİMZADƏ

Seçilən
8
50
redaktor.az

10Mənbələr