AZ

Millimizin üzvü: "Albaniya çempionatı çox ağırdır" - Müsahibə

Albaniyanın "Eqnatiya" klubunda oynayan millimizin üzvü Zamiq Əliyev apasport.az saytına müsahibə verib. 

- “Eqnatiya”da işlərin necə gedir? Komanda hazırda 4-cü pillədədir. Yəqin ki, bu nəticə sizi razı salmır?

- Şükür Allaha, hər şey yolundadır. Bəli, dördüncü pillədəyik. Amma birinci yerlə xal fərqi birə bərabərdir. Əlbəttə ki, bu nəticə bizi razı salmır. Keçən sezonun çempion komandası olaraq, həmişə yerimiz birinci sıra olmalıdır. Qarşımıza qoyulan məqsəd mövsümü çempion bitirməkdir. Əlimizdən gələni edəcəyik. Bunun öhdəsindən gələcəyimizə çox inanıram. 

- Demək olar ki, çempionluq uğrunda sənin komandanla yanaşı daha 3 klub mübarizə aparır. “Dinamo”, “Vlajniya”, “Partizani”. Səncə, hansı komanda çempionluğa daha çox şanslıdır?

- Albaniya çempionatı çox ağırdır, kimin kimdən xal alacağını heç kim öncədən bilə-bilməz. Favorit yoxdur. Amma çempionluğa gəldikdə, heç bir komandada şans görmürəm. Çempion biz olacağıq. Məqsədimiz də budur. Bunun üçün hər şeyi edəcəyik. 

- Növbəti turdakı rəqibiniz "Dinamo"dur. Turun mərkəzi görüşündə qələbə qazanmaq şanslarınızı necə görürsən? Səncə, qalib gələ biləcəksiz?

- Bəli, növbəti oyun "Dinamo"ya qarşıdır. Çətin keçəcək. Amma üç xalı qazanmaq üçün əlimizdən gələnin artığını edəcəyik ki, qalib gələk. 

- Artıq Albaniya çempionatına yəqin ki, tam olaraq adaptasiya olmusan? Yoxsa, hələ də hansısa detallarda çətinlik çəkdiyin məsələlər var?

- Bəli, adaptasiya olmuşam. Heç bir çətinliyim yoxdur. Şükür Allaha, hər şey qaydasındadır. 

- Albaniya liqasında oynayan tək azərbaycanlı sən deyildin, Amil Yunanov da "Biliş"də oynayırdı. Lakin oradan ayrıldığı deyilir. Ümumiyyətlə, bu haqda onun özü ilə danışığın olub? Səncə, nəyə görə Yunanov Albaniyaya öyrəşmədi?

- Xeyr, danışığımız olmayıb. Amma bu qədər tez ayrılıbsa, deməli önəmli səbəbi olub. Amil üçün ən yaxşısını arzulayıram. 

- Bilirəm ki, bir çox ölkə klublardan təkliflərin var.. Ən azından sezonun sonuna qədər komandada qalacaqsan?

- Bu barədə dəqiq heç nə deyə bilmərən. Çünki transfer işlərinə qarışmıram. Menecerim məşğul olur bununla. Mən bütün fikrimi oyunlarıma və komandaya yönəltmişəm.

Bəxtiyar Həsənalızadə: "Qışda çempion olmağın xüsusi bir dəyəri yoxdur"

"Sabah"dan kritik transfer həmləsi - ÖZƏL

Orxan Əliyev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub

“Araz-Naxçıvan”ın qapıçısı Azərbaycan çempionatları tarixinə düşüb

“Neftçi”nin futbolçusundan yubiley qolu

Seçilən
14
1
apasport.az

2Mənbələr