AZ

Bu virus SÜRƏTLƏ YAYILIR - Xəstəxanalar doldu, çox sayda insan...

Son zamanlar qrip, COVID-19, rinovirus, soyuqdəymə və qrip viruslarının hücumuna məruz qalmışıq. Bundan əlavə, viruslar qoxu və dad itkisinə də səbəb olur. Ən çox rast gəlinən mövsümi xəstəliklər yuxarı tənəffüs yollarının infeksiyalarıdır ki, bu da havaların soyuması ilə bağlıdır. Qapalı və izdihamlı mühitlərdə insanlar bir-birinə daha asan yoluxdura bilirlər.

Bəs hansı xəstəliklər qapımızı döyür? Qoxu və dad itkisi kimi simptomlar nəyi göstərir? Xəstəliklərə qarşı hansı tədbirləri görmək lazımdır?

Musavat.com yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi, Türkiyənin məşhur həkimi Gökçe Dəmirin mövzu ilə bağlı şərhini təqdim edir:

"Son vaxtlar COVID-19, rinovirus, soyuqdəymə və xüsusən də qrip virusu artmaqdadır. Dekabr ayından başlayaraq bu hallarda artım var. Test edilmədən qrip şikayətlərini koronavirusdan ayırmaq çox çətindir. Çünki qrip əlamətlərinin çoxu COVID-19-da da görünə bilər. Ancaq yeni alt variantların xəstəlik törətmə potensialı əvvəlki qədər yüksək deyil. Bu variantlarda adətən yüngül burun axıntısı, asqırma, öskürək, yüngül qızdırma və əzələ-oynaq ağrıları kimi əlamətlər olur. Koronavirusun xəstəlik törətmə potensialı tədricən azalıb. Qrip isə əksinə, yüksək hərarətlə müşahidə olunur və daha da irəliləyir".

Mütəxəssis, dad və qoxu itkisinin daha çox COVID-19 infeksiyası ilə əlaqəli bir simptom olduğunu qeyd edib:

"Ancaq digər yuxarı tənəffüs yolu infeksiyalarına səbəb olan viruslar da dad və qoxu itkisinə səbəb ola bilər. Məsələn, enteroviruslar, rinoviruslar və hətta qrip də dad və qoxu itkisinə səbəb ola bilər. Ancaq bu vəziyyət koronavirusda olduğu qədər yayqın deyil. Qəti diaqnoz qoymaq üçün antigen və ya PCR testləri aparılmalıdır."

Həkim bildirib ki, son vaxtlar xəstələrin sayının artması səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı xeyli artıb:

"Yalnız yuxarı tənəffüs yolları deyil, sətəlcəm kimi alt tənəffüs yolu infeksiyalarında da artım var. Burada əhəmiyyətli olan xəstəliyin viral və ya bakterial olduğunu ayırd etməkdir. Viral qrip xəstəliyində antiviral müalicə tətbiq edilir. Aşağı tənəffüs yollarının bakterial infeksiyası varsa, o zaman antibiotik müalicəsi tətbiq olunur. Xəstələrin C və D vitamini qəbul etməsi vacibdir, ancaq yoluxmuş bir insanın hər zaman əl gigiyenasına diqqət yetirməsi və maska ​​taxması daha çox faydalı ola bilər".

Musavat.com

phrase_var_article.chosen
33
3
musavat.com

4phrase_var_article.sources