AZ

Gürcüstan uğrunda AMANSIZ MÜBARİZƏ: Moskvadan Tbilisiyə MÜHÜM TƏKLİF – FOTO

Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra Rusiya hakimiyyəti Abxaziyadakı separatçıları maliyyələşdirməyi dayandırıb. Dekabrın 6-da Abxaziyanın separatçı hakimiyyət orqanları Rusiya Federasiyasından pul axınının dayandığını elan ediblər.

Bu səbəbdən Rusiyadan gələn elektrik enerjisinin pulunu ödəməyə vəsait tapa bilməyiblər. Hətta Abxaziyadan Rusiyaya gətirilən naringilərlə bağlı da problemlər yaranıb, onlarda gözlənilmədən zərərvericilər aşkar edilib.

Gürcüstan uğrunda AMANSIZ MÜBARİZƏ: <span style=color:red>Moskvadan Tbilisiyə MÜHÜM TƏKLİF - FOTO

Dekabrın 9-da Abxaziyanın separatçı hökuməti Rusiyanın Baş naziri Mixail Mişustinə ödənişlərin bərpası tələbi ilə məktub göndərib. Lakin Mişustin bu müraciətə cavab verməyib. Belə vəziyyət separatçı Abxaziyada həm enerji, həm də sosial-iqtisadi böhranı daha da kəskinləşdirib.

Gürcüstanda keçirilən son parlament və prezident seçkilərində Rusiya meyilli siyasətçi kimi tanınan Bidzina İvanişvilinin komandasının qalib gəlməsi, hökuməti “Gürcü Arzusu”nun qurması, dövlət başçısı postuna öz namizədlərini gətirməsi rəsmi Tbilisinin xarici siyasət kursunda Moskvaya yönəlik yeni xəttin formalaşmasına səbəb olubmu? Bu hadisələr Gürcüstanın ərazi bütövlüyünün bərpa olunmasına gətirib çıxara bilərmi? Rusiya-Gürcüstan əlaqələrində yaxınlaşma olacaqmı?

Gürcüstan uğrunda AMANSIZ MÜBARİZƏ: <span style=color:red>Moskvadan Tbilisiyə MÜHÜM TƏKLİF - FOTO

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Gürcüstan uğrunda ABŞ və Qərb koalisiyası Rusiya ilə amansız mübarizə aparır. Onun sözlərinə görə, hakimiyyətdə olan “Gürcü Arzusu”nu birmənalı şəkildə Rusiya meylli hesab etmək çətindir: “Rusiya üçün önəmli olan əsas məsələ odur ki, “Gürcü Arzusu”nun ABŞ və Qərblə münasibətlərində ziddiyyətlər yaranır. Ona görə də Kremldə hesab edirlər ki, Gürcüstanı dəstəkləmək anlamında atılan addımlar indiki məqamda ABŞ və Qərbin Cənubi Qafqaza daha geniş arealda yerləşməsinin qarşısını ala bilər. Bu məqsədlə də əsas hədəf kimi Gürcüstan hakimiyyətinin mövqeylərini möhkəmləndirə biləcək siyasi kursa üstünlük verilir. Rusiyanın əsas hədəfi ABŞ və Qərbin Gürcüstana girməsinin qarşısını almaqdır. Bu baxımdan da hələ seçkilərdən öncə belə belə bir yanaşma mövcud idi ki, Gürcüstanın hakimiyyətinə kömək məqsədi ilə Rusiya separatçı bölgələri dəstəkləməkdən imtina edə bilər. Hətta Rusiyanın Xarici İşlər naziri bəyan etmişdi ki, Rusiya Abxaziya və Cənubi Osetiyaya münasibətdə öz mövqeyinə yenidən baxmağa hazırdır. Rəsmi Moskva hətta Gürcüstan və separatçı Abxaziya-Cənubi Osetiya rejimləri ilə danışıqlarda vasitəçi olmağı da təklif etmişdi. Son hadisələrdə məlum oldu ki, Qərb xüsusi xidmət orqanları da Abxaziya və Cənubi Osetiyaya müdaxilə etməyi bacarıblar. Hər iki separatçı bölgədə Rusiyanın əleyhinə müəyyən fəaliyyət istiqamətləri ortaya çıxdı, Moskvanın əleyhinə qanunlar qəbul olunmağa başladı”.

Gürcüstan uğrunda AMANSIZ MÜBARİZƏ: <span style=color:red>Moskvadan Tbilisiyə MÜHÜM TƏKLİF - FOTO

Politoloq vurğulayıb ki, hər iki separatçı bölgədə Rusiya əleyhinə cərəyan edən proseslərlə Gürcüstanda hakimiyyətə qarşı olan hadisələr arasında paralellik olub: “Rusiya buna cavab olaraq Abxaziya və Cənubi Osetiyadan nisbətən əlini geri çəkməyə başladı və mesaj verdi ki, hər iki bölgə Gürcüstanın ərazisi kimi yenidən ümumi sərhədlərin daxilinə qaytarıla bilər. Kreml əlindən gələni edir ki, Gürcüstan hakimiyyəti Qərbin təyziqləri qarşısında duruş gətirməyi bacarsın. Qərb Ermənistandan əlavə daha bir Cənubi Qafqaz respublikasına yerləşməyə imkan tapa bilməsin. Bu baxımdan hesab etmək olar ki, Rusiya hətta istəməsə belə, Gürcüstana dəstək siyasəti yürütmək məcburiyyətindədir. Belə davam edərsə, yaxın vaxtlarda Rusiya ümumiyyətlə Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın öhdəsinə buraxa bilər. Bu halda da Gürcüstanın ərazi bütövlüyünün bərpası tamamilə mümkün vəziyyətə gələ bilər. Hələlik isə Gürcüstana Qərbdən gələn təzyiqlər qarşısında Tbilisinin tab gətirməsi daha böyük önəm daşıyır. Artıq sonuncu mərhələ strat götürmüş kimi görünür. Prezidentin də dəyişdirilməsi prosesi sona çatdırılıb. Təzə seçilmiş prezidentin öz səlahiyyətlərinin icrasına başlaması yeni mərhələnin başlanğıcına çevrilər. Bundan sonrakı proseslərdə Gürcüstanı daha da ağır günlər gözləmiş olsa belə, onun ərazi bütövlüyünü bərpa etmə şansı nisbətən artmış olacaq”.

Nailə QASIMOVA

Seçilən
32
medianews.az

1Mənbələr