AZ

Ömer Çelik: Arzumuz Türkiyənin Suriyada qalmaq məcburiyyətinin aradan qalxmasıdır

Suriyada Türkiyə səfirliyinin 12 il fasilədən sonra yenidən fəaliyyətə başlaması Ankaranın Suriya xalqı və dövlətinə dəstəyinin davam edəcəyini göstərir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bundan sonra Suriyada tək bir etnik və ya dini qrupun maraqlarına xidmət edəcək hökumət qurulmamalıdır. Onun sözlərinə görə, əks halda, keçmişdə yaşananlar təkrarlana bilər.

Çelik Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini də vurğulayıb.

AK Partiya sözçüsü onu da əlavə edib ki, Türk Silahlı Qüvvələri, Milli Kəşfiyyat Təşkilatı və polis dəstələri Suriyada fəaliyyətlərini davam etdirir: “Bizim arzumuz Suriyada qalmaq məcburiyyətimizin aradan qalxması, terror təşkilatlarının zərərsizləşdirilməsi və “Suriya suriyalılarındır” şüarının həm milli suverenlik, həm də ərazi bütövlük baxımından gərçəkdən həyata keçirilməsidir”.

phrase_var_article.chosen
34
1
apa.az

2phrase_var_article.sources