AZ

Neymar zədəsini sağaldaraq məşqləri bərpa edib

Səudiyyə Ərəbistanının \"Əl-Hilal\" klubunun hücumçusu Neymar zədəsini sağaldaraq məşqləri bərpa edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

\"Əl-Hilal\" sosial şəbəkələrdə kolektivlə birlikdə məşqlərə qoşulan 32 yaşlı futbolçunun şəklini paylaşıb.

Dizindəki çarpaz bağların qopması səbəbindən 1 ilə yaxın yaşıl meydanlardan kənarda qalan və yeni sağalan hücumçu noyabrın 4-də Asiya Çempionlar Liqasında İranın \"istİqlal” komandasına qarşı matçda (3:0) növbəti dəfə zədələnmişdi. Braziliyalı futbolçu ikinci hissədə oyuna qoşulmuş və əsas vaxtın bitməsinə bir neçə dəqiqə qalmış budunun arxa hissəsini zədələyərək meydanı tərk etmişdi.

Qeyd edək ki, Neymar \"Əl-Hilal”ın heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub.

 

///Report

Seçilən
7
2
azxeber.com

3Mənbələr