İspaniyanın "Barselona" klubunun 17 yaşlı vingeri Lamin Yamal uzun müddət komandasına kömək edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı Kataloniya təmsilçisinin mətbuat xidməti yayıb.
Məlumata görə, gənc oyunçu 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. La Liqanın 17-ci turu çərçivəsində evdə "Leqanes"ə uduzduqları qarşılaşmada xəsarət alan futbolçunun sağ topuğunda 1-ci dərəcəli zədə aşkarlandığı vurğulanıb.
Qeyd edək ki, "Barselona" "Leqanes"ə 0:1 hesabı ilə məğlub olub.
Nihat