AZ

Kilian Mbappe zədələndikdən sonra meydanda məşqlərə qayıdıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Real Madridin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda İtaliyanın "Atalanta" (3:2) komandasına qarşı keçirilən matçda aldığı zədədən sonra futbol meydanında məşqlərə qayıdıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.
Bildirilib ki, hücumçu qarşıdakı oyunlara hazır olmaq üçün fəal şəkildə çalışır. Tezliklə Mbappenin Qitələrarası Kubok finalında iştirakı üçün vəziyyəti qiymətləndiriləcək.
Xatırladaq ki, fransalı futbolçu Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda İtaliyanın "Atalanta" (3:2) komandasına qarşı matçda zədələnib. O, oyunun 36-cı dəqiqəsində əvəzlənib. Mbappe bu mövsüm bütün turnirlərdə 21 oyunda iştirak edib, 11 qol vurub və iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, dekabrın 18-də Dohada "Real Madrid" (İspaniya) ilə "Paçuka" (Meksika) arasında 2024-cü il Qitələrarası Kubokun final matçı keçiriləcək.
Seçilən
29
50
oxu.az

10Mənbələr