AZ

"Qərbi Azərbaycan: Tarixin İzi ilə - İntellektual Oyunlar Çempionatı" keçiriləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 21 dekabr saat 09:00-da Heydər Əliyev Mərkəzində "Qərbi Azərbaycan: Tarixin İzi ilə - İntellektual Oyunlar Çempionatı" keçiriləcək.

QHT.az xəbər verir ki, çempionat çərçivəsində 16-29 yaş arası 180 gənc komandalar şəklində Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri, incəsənəti, memarlıq nümunələri və toponimləri haqqında sualları cavablandıracaqlar. Çempionat iki mərhələdən ibarət olacaq: İlkin mərhələdə "Nə? Harada? Nə zaman?" oyunu, ikinci mərhələdə isə “KVİZ” formatında 21 mövzu üzrə suallar cavablandırılacaq. Çempionatın qalib komandaları müxtəlif mükafat və sertifikatlarla təltif ediləcək. İştirak etmək istəyən gənclərin 19 dekabr saat 11:00-a qədər qeydiyyatdan keçməsi xahiş olunur.

Seçilən
26
qht.az

1Mənbələr