"Bu gün Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə onları təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayıram.
Həmçinin çıxışlarına görə, Milli Məclsiin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanova və maliyyə naziri Samir Şərifova təşəkkür edirəm. Samir müəllimin qeyd elədiyi bütün dəyişiklikləri, o cümlədən siyasi partiyalara ayrılan vəsaitin artırılmasına görə, mütərəqqi sayıram, təqdir edir və dəstəkləyirəm.”.
Aznews.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.