AZ

Avstriya klubunun futbolçusu hücuma məruz qalaraq ciddi xəsarət alıb

Avstriyanın "Rapid" klubunun futbolçusu Qvido Burqştaller paytaxt Vyananın mərkəzində hücuma məruz qalaraq ciddi xəsarət alıb.

“Far.Az” xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı forvard ötən şənbə günü naməlum şəxsin güclü zərbəsindən sonra yerə yıxılıb və nəticədə kəllə sümüyü sınıb.

"Rapid" onun bir neçə gün xəstəxanada qalacağını açıqlayıb. 2022/2023 mövsümündə Avstriya çempionatının ən yaxşı bombardiri olan hücumçu ümumilikdə bir neçə ay futbol oynaya bilməyəcək.

Paytaxt təmsilçisi həmçinin hüquq-mühafizə orqanlarının cinayətkarı müəyyənləşdirib məsuliyyətə cəlb edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Q.Burqştaller Avstriya millisində 26 oyun keçirib və iki qol vurub.

Seçilən
36
1
far.az

2Mənbələr