AZ

Ekoməktəblər" layihəsinin icrasına başlanmışdır!


Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə Vlll qrant müsabiqəsinin fərdi kateqoriyasında qalib olmuş "Ekoməktəblər" layihəsinin açılış tədbiri keçirilmişdir.

Açılış tədbiri Masazır kənd 5 nömrəli tam orta məktəbdə baş tutmuşdur. Layihə rəhbəri Aynurə Rəhimova tədbir iştirakçılarına layihənin məqsəd və vəzifələri, icra planı və gözlənilən nəticələr haqqında ətraflı məlumat vermişdir. Daha sonra məktəbin direktoru, direktor müavinləri, tədbirdə iştirak edən ekspert,  müəllim və şagirdlər çıxış etmiş və layihənin ictimaiyyətdə böyük uğurlar qazanmasını arzulamışdılar.

Hazırda layihə işini uğurla davam etdirir. Layihədə müəllimlər və şagirdlər üçün  maarifləndirici təlimlər keçirilmişdir. Bu təlimlər bütövlüekdə  müəllimlərin, eləcə də şagirdlərin böyük marağına səbəb olmuşdur. Eyni zamanda layihənin icra prosesinə uyğun olaraq şagirdlərin əl işlərindən ibarət "Eko " sərgi təşkil olunmuşdur. Bu sərgidə plastik materialların yenidən istifadə olunaraq dəyərləndirilməsi böyük maraqla qarşılanıb.

Layihə icra prosesinə uyğun olaraq işlərini davam etdirir.

Gülnar Mehdiyeva,

Azia.az bloqu

 


Seçilən
20
azia.az

1Mənbələr