AZ

Əsədin İsraillə əlaqələri var imiş - Gizli sənədlər üzə çıxdı

İsraillə Əsəd rejimi arasında gizli əməkdaşlığı göstərən sənədlər üzə çıxıb.

Olaylar.az xarici mətbuata istinadən istinadən xəbər verir ki, Suriyada 61 illik "Bəəs" rejiminin süqutundan sonra İsraillə Əsəd rejimi arasında gizli əməkdaşlığı üzə çıxaran sənədlər ortaya çıxıb.

"Tamamilə məxfi" olaraq xarakterizə edilən sənədlər 1980-ci ildə Londonda Səudiyyə Araşdırma və Nəşriyyat Şirkəti tərəfindən qurulan və o vaxtdan bəri Londondan nəşr olunan həftəlik "Əl-Majallah" jurnalı tərəfindən dərc edilib.

İsrail ilə Suriya arasındakı əməkdaşlıq mexanizmini ortaya qoyan sənədlər arasında "Musa" kod adlı İsrail agentinin Suriya hərbi liderlərinə göndərdiyi mesajlar da var və bu mesajların Suriya Kəşfiyyat İdarəsinin rəisi tərəfindən Milli Təhlükəsizlik İdarəsinə çatdırıldığı bildirilir.

Sənədlərin üzə çıxardığı ən diqqət çəkən məqam isə "Suriya ordusu ilə İsrail arasında Rusiyanın himayəsində mesajlaşma mexanizmi"nin olmasıdır.

İsrailin Suriya ordusunun Hizbullah və İranla əməkdaşlığını yaxından izlədiyi və bu fəaliyyətlərin davam edəcəyi təqdirdə "görünməmiş bir bədəl ödəyəcəyi" xəbərdarlığının yer aldığı sənədlərdə İsrailin Suriyaya qarşı hər hansı bir addım atmaq istəmədiyi də bildirilir.Sənədlər Əsəd rejiminin uzun müddət özünü İsrail əleyhinə "müqavimət lideri" kimi təqdim etməsinə baxmayaraq, İsraillə gizli əməkdaşlıq edə biləcəyini göstərir.

Eyni zamanda, bu yazışmalar İran və Hizbullahın Suriyadakı fəaliyyəti və onların Əsəd rejiminə təsirləri haqqında mühüm ipucu versə də, İsrail bu əməkdaşlığı Suriya ordusunun zərərinə və İranın xeyrinə təhdid kimi görür.(Milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
12
3
olaylar.az

5phrase_var_article.sources