Ufa alimləri qışda bədəni və immuniteti möhkəmləndirən bu çaylarırasiona daxil etməyi tövsiyə edir.
“Medicina” xəbər verir ki, Ufa Klinik xəstəxanasının həkimləri müalicəfi çayların 5-liyini açıqlayıb.
1.Yaşıl çay – ürək-damar, təzyiq problemlərini azaldır, bədəni zərərli toksin və radikallardan təmizləyir, stresə davamlı edir. Antioksidant çaydır.
2.Çobanyastığı çayı – nənələrin və həkimlərin sevimli çayı. Sinirləri sakitləşdirir, yuxu gətirir, oksidləşdirici streslə mübarizə aparır, immuniteti qaldırır.
3.Nanə çayı – psixoloji rahatlıq gətirir, spazmı götürür, damaq, dişləri müalicə edir.
4.Zəncəfil çayı – qan dövranını yaxşılaşdırır, isidir, təmizləyir
5.İtburnu çayı – bədənin tonusunu yaxşılaşdırır, böyrəkləri təmizləyir, C vitamini ilə zəngindir.
Qışda hər həftə bu çaylardan birini için, sonra fasilə verin.
Aygün M