AZ

“Qarabağ”ın sonuncu mərkəz müdafiəçisi də sıradan çıxdı

style='margin-bottom:10px;'>

“Qarabağ”ın daha bir mərkəz müdafiəçisi zədə alıb.

QOL.az xəbər verir ki, hadisə bu gün “Sumqayıt”a qarşı keçirilən Misli Premyer Liqasının 17-ci turunun oyununda baş verib. 

Görüşün 27-ci dəqiqəsində Ağdam klubunun kapitanı və mərkəz müdafiəçisi Bədavi Hüseynov zədələnib. Əzələsini dartan 33 yaşlı futbolçu məcburi əvəzlənib. Onun yerinə meydana Elvin Cəfərquliyev daxil olub.

Bundan sonra “Qarabağ”da mərkəz müdafiəçisi qismində əslində doğma mövqeyi cinah müdafiəsi olan Mateus Silva ilə Toral Bayramov oynamağa başlayıb.

Xatırladaq ki, daha əvvəlki matçlarda “Qarabağ”da əsas komandanın digər iki mərkəz müdafiəçisi - Kevin Medina ilə Bəhlul Mustafazadə də zədə almış və uzun müddətə sıradan çıxmışdı. Bəhlul zədəlilər sırasına qoşulan Ağdam klubun sonuncu mərkəz müdafiəçisi olub.

Seçilən
30
4
teleqraf.com

4Mənbələr