Bakı. Trend:
ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqınınmədəni irsinin qorunması ilə bağlı ABŞ-nin mümkün addımlarına dairAzərbaycan kütləvi informasiya vasitələrinin sualına cavab verməyibvə sadəcə bu ölkənin işğaldan azad edilmiş Azərbaycan ərazilərindəhansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib. Buazmış kimi, ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyətiyanıltmağa cəhd edib.
Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasınınyaydığı bəyanatda deyilir.
"Hesab edirik ki, səfirlik özünün cavabının tonu ilə, o cümlədənkütləvi informasiya vasitələrinin sualını “aldadıcı” kimidəyərləndirməklə ABŞ-nin hər zaman vurğuladığı “söz azadlığı”,“fikir müxtəlifliyi” prinsiplərinə əslində necə “hörmət”bəslədiyini nümayiş etdirib.
Qərbi Azərbaycan İcması olaraq, ABŞ-nin Ermənistandan zorlaçıxarılmış azərbaycanlıların məsələsini, o cümlədən onların mədəniirsinin Ermənistan tərəfindən dağıdılmasını görməzdən gəlməsinitəəssüf hissi ilə qeyd edirik.
Qayıdış hüququmuzun dəstəklənməsi xahişi ilə hələ ötən ilinaprel ayında ABŞ dövlət katibi Entoni Blinkenə göndərdiyimizməktuba bu günədək cavab verilməyib.
Halbuki ötən dövr ərzində ABŞ hökuməti “insan hüquqları” adıaltında bir sıra uydurma məsələləri dəfələrlə gündəmə gətirib.Hamıya məlumdur ki, ABŞ-nin hazırkı administrasiyası “insanhüquqları” və “mədəni irs” mövzularını yalnız Azərbaycana qarşısaxta ittihamlar irəli sürmək lazım gəldikdə xatırlayır.
ABŞ-nin hazırkı administrasiyasının azərbaycanlılara qarşınümayiş etdirdiyi irqi ayrı-seçkiliyi qətiyyətlə qınayır və qərəzlisiyasətinə heç olmasa səlahiyyət müddətinin bitməsinə az qalmış sonverməyə, o cümlədən, dövlət katibi Entoni Blinkeni göndərdiyimizməktuba cavab verməyə çağırırıq.
Bundan əlavə, biz regional məsələlərə dair müxtəlif birtərəflidinləmələr təşkil edən ABŞ Senatı, Konqresin Tom Lantos adına İnsanHüquqları Komissiyası, Dini Azadlıq Komissiyası kimi qurumlarınınnövbəti dinləmələrində Qərbi Azərbaycan İcmasının da iştirakınıntəmin ediləcəyinə dair gözləntimizi ifadə edirik", - icmadanbildirilib.