AZ

ABŞ Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) 11 vətəndaşına, həmçinin Rusiya və Şimali Koreyanın 8 subyektinə qarşı sanksiya tətbiq edib.

Oxu24.com  xəbər verir  ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunub.

Məlumata görə, Rusiya şirkətləri Amerikanın sanksiyalarına məruz qalıb: DV Inc MMC, Novosibirskoblgaz MMC, Sibregiongaz QSC, Vostok Trading MMC, həmçinin KXDR-də qeydiyyatdan keçmiş dörd maliyyə təşkilatı.

Sanksiyalar siyahısına daxil edilməsi Birləşmiş Ştatlarda aktivlərin dondurulmasını nəzərdə tutur və Amerika vətəndaşlarına və şirkətlərinə müəyyən şəxslər və təşkilatlarla iş aparmağı qadağan edir.

Bazar ertəsi Avropa İttifaqı Şimali Koreyanın müdafiə naziri Roh Qvan Çol və Şimali Koreya Baş Qərargah rəisinin müavini Kim Yonq Bok-a qarşı sanksiyalar tətbiq edib. Avropa rəsmiləri sanksiya siyahısına daxil edilməsinə səbəb kimi Şimali Koreyanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirdiyi iddia edilən hərbi əməliyyatlarına dəstək göstərilməsini göstərir.

Bundan əvvəl Aİ LNG tankerlərinə qarşı sanksiyalar tətbiq etmişdi.

 

Nigar

phrase_var_article.chosen
19
oxu24.com

1phrase_var_article.sources