AZ

Avropa Komissiyası bu ölkəni məhkəməyə verir

Avropa Komissiyası Böyük Britaniyanın “Brexit” sonrası azad hərəkət hüquqlarının təmin edilməsindəki çatışmazlıqlarına görə Avropa İttifaqı Məhkəməsinə müraciət edib.

"Unikal" xarici mediaya istinadla xəbər verir ki, bu addım Böyük Britaniyanın Avropa İttifaqı ilə bağladığı “Brexit” sazişinə tam əməl etmədiyi iddialarına əsaslanır.

Komissiya Böyük Britaniyanın Avropa İttifaqı vətəndaşlarının və onların ailə üzvlərinin azad hərəkət hüquqlarını məhdudlaşdırdığını və bu barədə edilən xəbərdarlıqlara məhəl qoymadığını bildirir.

Avropa Komissiyası 2020-ci ilin may ayında Böyük Britaniyanın azad hərəkət hüquqlarını məhdudlaşdırdığına dair iddialarla bağlı rəsmi xəbərdarlıq göndərib və 2024-cü ilin iyul ayında bəzi məsələlərin hələ də həll olunmadığını vurğulamışdı. Komissiya Böyük Britaniyanın cavablarını diqqətlə qiymətləndirdikdən sonra işçilərin hüquqları və ailə üzvlərinin hüquqları ilə bağlı məsələlərin hələ də həll olunmadığını bildirərək məsələ ilə bağlı məhkəməyə müraciət etməyə qərar verib.

Bu vəziyyətin Böyük Britaniyanın Avropa İttifaqı ilə münasibətlərini yenidən qurmağa çalışan Baş nazir Kir Starmer üçün çətinlik yaratması gözlənilir.

phrase_var_article.chosen
40
50
unikal.az

10phrase_var_article.sources