AZ

YAP seçki ilə bağlı iclas keçirdi

Dekabrın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, iclasda əvvəlcə Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov seçkilərin keçiriləcəyi 685 bələdiyyənin hər biri üzrə, ümumilikdə 8071 namizədin müəyyənləşdirildiyini, onların siyahısının İdarə Heyətinin üzvlərinə əvvəlcədən təqdim olunduğunu vurğulayaraq münasibət bildirilməsini xahiş edib.

Məsələ səsə qoyulub və YAP-ın bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı yekdilliklə təsdiq olunub.

"Cebheinfo.az"

Seçilən
36
8
cebheinfo.az

9Mənbələr