AZ

Əsəd 2 il ərzində Rusiyaya 250 milyon dollar qaçırıb

Financial Times qəzetinin xəbərində Suriyadakı Baas rejiminin devrilmiş lideri Bəşər Əsədin 2018 və 2019-cu illərdə Rusiyaya təxminən 250 milyon dollar nağd pul keçirtdiyi bildirilib.

Turkustan.az xəbər verir ki, məlumatda 2012-ci ildən sonrakı dövrü əhatə edən FT-nin araşdırdığı qeydlərə əsaslanaraq, Əsədin 2018-ci ilin martından 2019-cu ilin sentyabrına qədər 21 fərqli uçuşla sanksiyaya məruz qalan Rusiya banklarına yatırılmaq üçün paytaxt Moskvaya valyuta göndərdiyi bildirilib.

Uçuşlar zamanı Moskvanın Vnukovo hava limanına təxminən 2 ton ağırlığında 250 milyon dollar dəyərində əskinasların göndərildiyi bildirilib və devrilmiş rejimin mərkəzi bankı ilə Rusiya bankları arasında 2018-ci ildən əvvəl nağd pul köçürməsinin olmadığı bildirilib. .
Xəbərdə pul köçürmələrinin Əsədin qohumlarının gizli şəkildə Rusiyada ən azı 20 dəbdəbəli mənzil də daxil olmaqla daşınmaz əmlak aldıqları iki illik müddət ərzində həyata keçirildiyi diqqətə çatdırılıb.

Beynəlxalq ticarət məlumatları şirkəti "Import Genius"-da qeyd olunan Rusiya ticarət qeydlərinin də araşdırıldığı xəbərində, 13 may 2019-cu ildə rejimin mərkəzi bankından göndərilən 100 dollarlıq əskinasları daşıyan təyyarənin Vnukovoya eniş etdiyi bildirilib.

Bundan əlavə, 2018 və 2019-cu illərdə pul göndərişlərinin Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rosoboroneksport”un nəzarətində olan “Rusiya Maliyyə Korporasiyası Bankı” adlı banka çatdırıldığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az

phrase_var_article.chosen
45
2
turkustan.az

4phrase_var_article.sources