"Qarabağ"ın heyətində Premyer Liqada 100-cü oyununa çıxan Elvin Cəfərquliyevə hədiyyə verilib.


Rekord.az xəbər verir ki, 24 yaşlı müdafiəçiyə Misli Premyer Liqasının 17-ci turunda qarşılaşdıqları "Sumqayıt" görüşü öncəsi xatirə forması və diplom təqdim edilib.


Cəfərquliyev "Qarabağ"ın heyətində 100-cü matçını ötən tur "Sabah"a qarşı keçirib.