AZ

Bakıda 10 min manatlıq lotereya biletini oğurladılar

Dekabrın 13-nə keçən gecə Xətai rayonu ərazisində "Hyundai" markalı avtomobildən 10.000 manat dəyərində lotereya biletinin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Gundem.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı M.Ağayev və 34 yaşlı İ.Qayıbov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Seçilən
55
18
gundem.az

10Mənbələr