AZ

"Sumqayıt"ın baş məşqçisi: "Qarabağ"la matç bizim üçün yaxşı təcrübə oldu"

"Qarabağ"la matç bizim üçün yaxşı təcrübə oldu.

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Qarabağ"a qarşı Misli Premyer Liqasının XVII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Gənc mütəxəssis güclü rəqibə qarşı oynadıqlarını söyləyib:

"Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Yuxarı pillələr uğrunda mübarizə aparmaq üçün daha çox çalışmaq lazımdır. Məğlubiyyətə baxmayaraq, komandamdan razıyam. Fərdi səhvlərə yol verdik, futbolda belə hallar yaşanır. Ümid edirəm ki, səhvlərimizdən nəticə çıxaracağıq. Qarşıda "Kəpəz"lə çətin səfər oyunu var. Yaxşı hazırlaşmaq üçün gün vaxtımız olacaq".

Qeyd edək ki, XVII turun görüşündə "Sumqayıt" səfərdə "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.

Seçilən
55
3
report.az

10Mənbələr