AZ

Hər kəsin arzuladığı çin maşınları HARDAN XARAB OLUR?

Son 1 ili müşahidə etsək, ölkəmizdə nə qədər insanın çin avtomobili aldığını görərik.

Amma bu şəxslərin bəziləri aldıqdan sonra maşının tez xarab olmasında, problemlərin yarandığından şikayətçi olur. 

Maraqlıdır, Çin maşınları ən çox haradan xarab olur?

Bu barədə Hit.az-a açıqlama verən avtomobil üzrə mütəxəssis İlqar Vəliyev deyib ki, Çin maşınlarının xarab olması və ya korroziyaya uğraması, ümumiyyətlə, avtomobilin keyfiyyəti, istehsal materialları və qorunma texnologiyalarından asılıdır:

“Bu baxımdan, Çin istehsalı avtomobillərin hansı hissələrinin daha çox paslanması ilə bağlı müəyyən ümumi tendensiyalar mövcuddur, amma bunlar konkret markalara və modellərə görə dəyişə bilər. Çin avtomobillərinin bəzi modellərində alt hissə və çərçivə, zəif korroziya qarşı qorunması və ya keyfiyyətsiz metal materiallardan istifadə səbəbi ilə paslana bilər.

Avtomobilin metal hissələri, o cümlədən şassilər və qapı altları paslanmaya meyilli olur. Təkər və asqı hissələri, xüsusilə nəqliyyat vasitələrinin istifadə olunduğu ərazilərdə yol duzlarının və nəmli mühitin təsirinə məruz qalır. Çin maşınlarının paslanma problemi daha çox nəmlilik, yağışlı və ya duzlu havaya məruz qalan ərazilərdə özünü göstərir. Məsələn, qışda yolun üzərinə duz səpilən bölgələrdə avtomobilin metal hissələri daha sürətlə paslana bilər”.

Murad

Seçilən
44
23
hit.az

10Mənbələr