Gələn ilin əvvəlində rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq əsas vəzifələri dostları və qohumları arasında bölüşdürür.
Qaynarinfo xəbər verir ki, Tramp London, Paris və Afina da daxil olmaqla dünyanın böyük paytaxtlarına səfirlər təyin etmək niyyətindədir. Namizədlər arasında onun ailə üzvləri və milyarder dostları da var ki, bu da artıq tənqidlərə səbəb olub.
Məsələn, Trampın kürəkəni Cared Kuşnerin atası, əvvəllər Trampın vergi cinayətlərində ittiham olunaraq əfv etdiyi Çarlz Kuşner Fransada səfir ola bilər. Onun böyük oğlu kiçik Donald Trampın keçmiş nişanlısı Kimberli Quilfoyl Yunanıstandakı səfir postuna namizəd kimi baxılır. Bəzi Amerika KİV-ləri yazır ki, bu təyinat onu ailə sirlərini açıqlamaqdan "saxlamaq” üçün bir yol ola bilər.
Trampın qızı Tiffaninin qayınatası Massad Boulos Yaxın Şərqdə təhlükəsizlik müşaviri vəzifəsinə təklif olunub. Bölgə ilə bağlı heç bir təcrübəsinin olmamasına baxmayaraq, onu "hörmətli iş adamı" kimi təqdim edirlər.
Namizədlər arasında həmçinin Trampın Türkiyəyə göndərməyi planlaşdırdığı yaxın dostu Tom Barak və İtaliyada səfir postu uğrunda mübarizə aparan milyarder Tilman Fertitta da var.
Amerika mediası qeyd edir ki, Tramp əsas vəzifələri öz çevrəsindən olan insanlara həvalə etmək təcrübəsi ilə tanınır və bunu onların sadiqliyi və "şəxsi yoxlama" ilə izah edir.
Aydın