AZ

Bundestaq Şoltsa etimad göstərməkdən imtina edib

Bundestaq növbədənkənar iclasında Almaniya Kansleri Olaf Şoltsa etimad göstərməkdən imtina edib və bununla Almaniyada növbədənkənar parlament seçkilərinə yol açıb.

“Report” TASS-a istinadən xəbər verir ki, parlamentdəki səsvermədə iştirak edən 717 deputatdan 207-si Nazirlər Kabinetinin hazırkı rəhbərini dəstəkləyib, 394 parlamentari isə etimad göstərəkdən imtina edib, 116 nəfər bitərəf qalıb.

Bundestaqın sədri Barbel Bas bildirib ki, nəticələr barədə ölkə Prezidenti Frank-Valter Ştaynmayerə məlumat verəcək.

phrase_var_article.chosen
38
5
far.az

10phrase_var_article.sources