"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Qarabağ"a qarşı Misli Premyer Liqasının 17-ci turunun oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, gənc mütəxəssis 0:5 hesabı ilə uduzduqları görüşlə bağlı belə danışıb:
"Ümid edirəm ki, oyun haqda danışanda məni yaxşı başa düşəcəksiz. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqibi təbrik edirəm. Bu, bizim üçün bir təcrübədir. Yuxarı pillələr uğrunda oynamaq üçün daha çox işləmək lazımdır. Məğlubiyyətə baxmayaraq komandamdan razıyam. Fərdi səhvlər oldu. Bu, futboldur. Rəqib çox üstün idi. Ümid edirəm ki, bu səhvlərdən nəticə çıxaracağıq. Qarşıda "Kəpəz"lə çətin səfər oyunu var. Yaxşı hazırlaşmaq üçün gün vaxtımız var.
Müqaviləmin şərtlərindən heç mənim də xəbərim yoxdur. Mən öz işimi görürəm. Komanda uda da bilər, uduza da bilər. Bu gün bizim günümüz deyildi".