AZ

Türkiyə Supeliqası: "Beşiktaş" autsayderə uduzdu

Türkiyə Superliqasında 16-cı turun oyunları keçirilir.

seher.media xəbər verir ki, "Beşiktaş" bu həftə Adanada yerli "Adana Demirspor"un qonağı olub.

İstanbul klubu ilk hissədə meydan sahiblərinə müqavimət göstərə bilməyərək qapısından 2 top buraxıb.

Fasilə zamanı kədərli bir hadisə yaşanıb. "Adana Dəmirspor"un futbolçusu Maestro qardaşının vəfat etməsi xəbərini alıb. Buna baxmayaraq, 21 yaşlı anqolalı futbolçu "Komandamı tək qoymayacağam", - deyərək ikinci hissədə də meydana çıxıb.

İkinci hissədə "qartallar" qollardan birinin əvəzini çıxasalar da, azlıqda qalıblar. Lakin tərəflərdən birinin say üstünlüyü matçın yekun hesabına təsir etməyib - 2:1.

Beləliklə də, hazırda "Beşiktaş" aktivindəki 25 xalla turnir cədvəlində 6-cı sırada qərarlaşıb. Adana klubu isə cəmi 5 xalla sonuncu - 19-cu yeri tutur.

Seçilən
14
3
seher.media

10Mənbələr