Ukrayna artıq lazer silahına malikdir və belə imkanlara malik beşinci ölkədir.
O, “Trident” adlanır, – deyə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı, polkovnik Vadim Suxarevski bildirib. “İnterfaks” xəbər verir ki, bu silah növü düşmən hədəflərini, xüsusən də təyyarələri iki kilometrdən artıq məsafədə vurmağa imkan verir.
“Bildirə bilərik ki, bu gün Ukrayna, səhv etmirəmsə, lazerə malik olan beşinci ölkədir”. O, DSX-nin Ukraynanın “lazer imkanlarını” gücləndirməyə və genişləndirməyə yaxın olduğunu vurğulayıb. “Bu [lazer] həqiqətən işləyir, həqiqətən mövcuddur” – Suxarevski bildirib.
//Samir Qurbanov, Editor.az