Fransalı yarımmüdafiəçi Pol Poqba karyerasını Braziliya çempionatında davam etdirməyə yaxındır.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "BolaVip" yayıb.
Xəbərə görə, "Yuventus"la müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq azad agentə çevrilən Pol "Korintians"a keçməyə razılıq verib. Mənbə sözügedən klubun hazırda ulduz oyunçunun maliyyə tələblərini qarşılamaq üçün sponsor axtarışına çıxdığını vurğulayıb.
Daha öncə sözügedən oyunçunun Fransanın "Olimpik Marsel" klubuna keçəcəyi iddia edilib.
Xatırladaq ki, dopinq testi müsbət nəticləndiyi üçün 4 il müddətinə cəzalandırılan Poqbanın cəzası İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən 1,5 endirilib. O, gələn aydan məşqlərə başlaya, martdan isə rəsmi matçlarda iştirak edə bilər.
Nihat